Вернуться назад Распечатать

Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin binasını vurub

Yəmənin “Ənsar Allah” hərəkatı (husilər) Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin Ər-Riyadda yerləşən binasına ballistik raketlə zərbə endirib.

Liderxeber.az xəbər verir ki, bu barədə hərəkatın sözçüsü Yəhya Saria “Telegram” kanalında paylaşım edib.

“Silahlı Qüvvələrimiz son 48 saat ərzində ballistik raketlər və dronlarla dörd yüksək dəqiqlikli əməliyyat həyata keçirib. Onlardan birincisi Müdafiə Nazirliyinin Səudiyyə Ərəbistanının paytaxtında yerləşən binasına yönəldilib”, - o bildirib.

Bundan əlavə, husilərin “Saudi Aramco” neft şirkətinin Səudiyyə Ərəbistanının Yənbu şəhərində yerləşən infrastrukturuna hücum həyata keçirdikləri qeyd olunub.