Вернуться назад Распечатать

Putinlə Trampın görüşü başa çatdı - Yenilənib

Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Donald Tramp arasında ikitərəfli görüş başlayıb.

Liderxeber.az TASS-a istinadən xəbər verir ki, danışıqlar Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti çərçivəsində baş tutur.

Bu görüş Putin və Tramp arasında 2025-ci ilin avqust ayında keçirilən Ankoric sammitindən sonra ilk üzbəüz təmas kimi diqqət çəkir. Rusiya və ABŞ liderləri son doqquz ildə - Trampın hər iki prezidentlik dövrünü əhatə etməklə - sayca səkkizinci dəfə bir araya gəlirlər.

Qeyd edək ki, dünən dövlət başçıları sammit çərçivəsində təşkil edilən təntənəli qəbul zamanı ayaqüstü qısa fikir mübadiləsi aparmışdılar. Hazırda isə tərəflər nümayəndə heyətlərinin iştirakı ilə tam tərkibdə danışıqlar aparırlar. Şençjendə keçirilən sammitdə həmçinin Çin Sədri Si Cinpinin də iştirakı ilə üçtərəfli formatda müzakirələrin keçirilməsi nəzərdə tutulur.

***

ABŞ mediası Putinlə Tramp arasında görüşün başa çatdığını açıqlayıb.

Danışıqlar 1 saatdan az davam edib. Görüşün əvvəlində ABŞ lideri V.Putini dost adlandırıb.

“Bu kimdir? Bu mənim dostumdur” - deyə Tramp bildirib.