Вернуться назад Распечатать

Paşinyan və Tramp TRIPP layihəsinə start verdilər

ABŞ Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyan TRIPP layihəsinə start veriblər.

Liderxeber.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Bildirilib ki, liderlər videomüraciətlə çıxış edərək, Ermənistan ərazisindən keçən TRIPP marşrutu layihəsinə start veriblər.

Ermənistanın Baş naziri bildirib ki, layihə Cənubi Qafqazda multimodal tranzit sisteminin yaradılmasını nəzərdə tutur, eyni zamanda regiondakı bütün dövlətlərin suverenliyinin, ərazi bütövlüyünün və yurisdiksiyasının qorunub saxlanılmasını təmin edir.

ABŞ Prezidenti isə öz növbəsində Azərbaycan və Ermənistan liderlərinə Vaşinqtonla əməkdaşlıqlarına görə təşəkkürünü bildirib və qeyd edib ki, bu əməkdaşlıq layihənin praktiki mərhələsinə keçməyə imkan yaradıb. O həmçinin ötən il Ağ Evdə iki ölkə arasında sülh sazişinin imzalanmasını xatırladaraq, Amerika tərəfinin uzunmüddətli münaqişənin həllində rol oynadığını vurğulayıb.