Вернуться назад Распечатать

Rusiya Ukraynaya hərbi yük daşıyan gəmini vurdu

Rusiya ordusu Qara dənizdə Odessa şəhərindən cənub-qərb istiqamətində Ukraynaya hərbi ləvazimatlar aparan yük gəmisini vurub.

Liderxeber.az-ın məlumatına görə, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi bəyanat yayıb.

Qeyd olunur ki, noyabrın 27-si gecə saatlarında Rusiya Silahlı Qüvvələri Ukrayna ordusunun ehtiyacları üçün fəaliyyət göstərən dəniz gəmilərinə, eləcə də hərbi sənaye və nəqliyyat infrastrukturu obyektlərinə pilotsuz uçuş aparatlarla hücumlar həyata keçirib.