Вернуться назад Распечатать

Ərdoğan Misirdədir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misirdə səfərdədir.

LiderXəbər-in Türkiyə müxbirinin verdiyi xəbərə görə, səfər çərçivəsində, o, misirli həmkarı Əbdülfəttah əs-Sisi ilə görüşəcək.

Görüş zamanı iki ölkə arasında münasibətlər, Qəzzada vəziyyət və regional məsələlər müzakirə olunacaq.