Вернуться назад Распечатать

Ərdoğan İsrailə səfərə dəvət edilib

İsrail Prezidenti İsaaq Hersoq Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı ölkəsinə səfərə dəvət edib.

İ.Hersoq dəvətini Türkiyənin Təl-Əvivdəki səfirinin etimadnaməsini qəbul edərkən çatdırıb.

Qeyd edək ki, yanvarın 11-də Türkiyənin İsraildəki səfiri Şakir Özkan Torunlar etimadnaməsini İ.Hersoqa təqdim edib.