Вернуться назад Распечатать

Mikayıl Cabbarov Dünya Bankı ilə bağlı paylaşım edib

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankını yubiley münasibətilə təbrik edib.
Liderxeber.az xəbər verir ki, bununla bağlı nazir "X" sosial şəbəkəsində paylaşım edib.
"Dünya Bankı - 80 il. Qlobal rifaha, ölkəmizin iqtisadi inkişafına və səmərəli əməkdaşlığa töhfələriniz üçün minnətdarıq! Yubiley münasibətilə Dünya Bankının heyətinə təbriklərimizi çatdırır və bankın fəaliyyətində davamlı uğurlar arzulayırıq", - deyə M.Cabbarov qeyd edib.