Вернуться назад Распечатать

Rusiyada siqnala giriş bloklanır

Siqnal messenceri Rusiyada bloklanmağa başlayıb.

Liderxeber.az xəbər verir ki, bu barədə "Downradar" xidmətlərinin istifadəçiləri də bildiriblər.

Nəşrin məlumatına görə, messencerin işi ilə bağlı şikayətlərin artması avqustun 9-da səhər tezdən qeydə alınıb və günün ortalarına qədər artıq xidmətlə bağlı problemlər barədə 1800-dən çox mesaj gəlib.

Qeyd edək ki, yutub videohostinqi də Rusiyanın bəzi bölgələrində fəaliyyətini tamamilə dayandırıb.