Вернуться назад Распечатать

“Hizbullah” İsrail ərazisinə 320-dən çox raket atdı - Ölkədə fövqəladə vəziyyət elan edildi

Livanın “Hizbullah” şiə hərəkatının üzvləri İsraildəki hərbi obyektlərə 320-dən çox raket atıblar.

Liderxeber.az xəbər verir ki, bu barədə hərəkatın mətbuat xidməti məlumat yayıb.

Açıqlamada “Katyuşa” raketlərinin hərbi hədəflərə atıldığı yazılıb.

İsrailin müdafiə naziri Yoav Qalant növbəti 48 saat ərzində ölkədə fövqəladə vəziyyət elan edib.