Вернуться назад Распечатать

Türkiyənin nəqliyyat və infrastruktur naziri: Kiberhücumlara qarşı hazırıq

“Türkiyə kiberhücumlara qarşı hazırdır”.

Liderxeber.az-ın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.

O qeyd edib ki, ölkədə hər gün 440-a yaxın böyük hücumun qarşısı alınır: "Biz kibertəhlükəsizlik baxımından dünyanın ən təhlükəsiz ölkələrindən biriyik”.