Вернуться назад Распечатать

Putinlə Pezeşkianın görüşü başladı

Rusiya və İran Prezidentləri Vladimir Putinlə Məsud Pezeşkian arasında görüş başlayıb.

Liderxeber.az TASS-a istinadən xəbər verir ki, görüş Türkmənistanın paytaxtı Aşqabadda keçirilir.

Putinlə Pezeşkianın ikitərəfli məsələlər, eləcə də Yaxın Şərqdəki vəziyyət ətrafında fikir mübadiləsi aparacağı gözlənilir. 

Bu, iki ölkə liderinin ilk görüşüdür.