Вернуться назад Распечатать

FETÖ lideri Fətullah Gülən öldü: Yaxın qohumu təsdiqlədi

Fətullah Gülənin yaxın qohumu Ebuseleme Gülən də onun ölüm xəbərini təsdiqləyib.

Liderxeber.az xəbər verir ki, o, bu barədə özünün sosial media hesabında paylaşım edib.

09:18

Türkiyədə terror təşkilatı kimi tanınan FETÖ-nun lideri Fətullah Gülənin öldüyü bildirilir.

Liderxeber.az-ın "Haber7"yə istinadla verdiyi məlumata görə, xəbəri FETÖ-nun mətbuat orqanları özləri elan ediblər.

Pensilvaniyada yaşayan 83 yaşlı təşkilat liderinin aparıldığı xəstəxanada öldüyü qeyd edilib.