Вернуться назад Распечатать

Tramp yeni vəzifəyə seçildi

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun əsas teatr-konsert meydançasının - Kennedi Mərkəzinin Qəyyumluq Şurasının sədri seçilib.

Liderxeber.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbərinin özü "Truth Social" hesabında yazıb.

"Kennedi Mərkəzinin sədri olmaq böyük şərəfdir" , - deyə o bildirib. Amerika lideri əlavə edib ki, teatr xüsusi və çox təsiredici məkan olacaq.