Вернуться назад Распечатать

Pakistanda məsciddə partlayış - 4 ölü, 12 yaralı

Pakistanın Akora şəhərində məsciddə güclü partlayış baş verib.

Liderxeber.az “Geo TV” telekanalına istinadən xəbər verir ki, hadisə cümə namazı zamanı qeydə alınıb.

Partlayış nəticəsində 4 nəfər həlak olub, daha 12 nəfər isə yaralanıb. 

İnsidentin səbəbi açıqlanmayıb.