Ukrayna Prezidenti Volodimir Zelenski Londonda Avropa liderləri ilə fövqəladə zirvə toplantısından sonra Kral Çarlzla da görüşüb.
Liderxeber.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Zelenski Londondan helikopterlə kralın malikanəsinə enib. Çarlz Ukrayna liderini özü qarşılayıb.
Məlumata görə, Kral Zelenskini ABŞ Prezidenti Donald Trampla münasibətlərini düzəltməyə çağırıb.
Xatırladaq ki, hər iki ölkənin prezidenti bir neçə gün əvvəl Ağ Evdən yayımlanan birbaşa efirdə böyük mübahisə yaşayıblar. Onarın sözlü savaşı dünya gündəminə çevrilib.