Çempionlar Liqası: “Mançester Siti” “Real Madrid”lə səfərdə heç-heçə edib
UEFA Çempionlar Liqasında (ÇL) yarımfinal mərhələsinə start verilib.
LiderXəbər-in məlumatına görə, raundun ilk oyunu Madriddə keçirilib.
Turnirin son qalibi olan İspaniya klubu “Real Madrid” İngiltərə təmsilçisi “Mançester Siti”ni qəbul edib.“Santyaqo Bernabeu”dakı qarşılaşmada hesabı meydan sahibləri açıblar. 36-cı dəqiqədə Vinisyus Junior baxımlı qola imza atıb.
Ancaq 67-ci dəqiqədə Kevin De Bruyne eyni dərəcədə gözəl zərbə ilə qarşılıq verib və bərabərlik topunu vurub. Beləliklə, matç 1:1 hesabı ilə başa çatıb.
Bu komandalar arasında cavab oyunu mayın 17-də Mançesterdə keçiriləcək.
Qeyd edək ki, yarımfinal mərhələsinin digər görüşündə bu gün İtaliya klubları “Milan”la “İnter” üz-üzə gələcəklər.