"Real Madrid" "Barselona"nın qarşısına 20 yaşlı təcrübəsiz müdafiəçi ilə çıxacaq

Müdafiə xəttində problemlərlə üzləşən "Real Madrid" "Barselona" ilə matçda 20 yaşlı müdafiəçi Xakobo Ramoya güvənəcək.
Liderxeber.az "Marca" nəşrinə istinadən xəbər verir ki, Dani Karvaxal, Eder Militao və Eduardo Kamavinqa zədə səbəbindən son oyunları buraxıblar. Onların sırasına ötən gecə birdən-birə əsas heyətin daha üç üzvü qoşulub.
Aprelin 26-da "Barselona"ya qarşı İspaniya Kral Kubokunun final matçında (2:3) Antonio Rüdiger və Ferlan Mendi də zədələniblər.
Rüdiger yaxın günlərdə əməliyyat olunacaq. Mendinin sağalması üçün isə üç ay vaxt tələb olunur.
Üstəlik "Kral klubu"nun dünənki məşqi zamanı David Alaba diz nahiyəsindən zədə alıb. Avstriyalı müdafiəçi zədə səbəbindən "Real Madrid"dəki fəaliyyətinə bir illik fasilə vermişdi. Qayıdışı uğursuz olan Alaba üçün cari mövsüm başa çatmış sayılır.
"Real Madrid"in məşqçilər korpusu "zədə epidemiyası" qarşısında çıxılmaz vəziyyətdə qalıb. Komandanın növbəti oyununda mərkəz müdafiəçisi mövqeyində təcrübəsiz Xakobo Ramonu görmək mümkün olacaq.
"Real Madrid" akademiyasının yetirməsi olan 20 yaşlı futbolçu bu mövsüm əsas komandada cəmi iki matçda forma geyinib. O, Çempionlar Liqasında "Zalsburq"a (12 dəqiqə) və İspaniya Kral Kubokunun dörddəbir finalında "Leqanes"ə qarşı (90 dəqiqə) oynayıb.
Mayın 11-də keçiriləcək "El-Klassiko"da arxa xətdə məhz Ramonun yer alacağı gözlənilir.
Oxşar Xəbərlər:

