Vasili Berezutski: "ÇSKA-dan mənə təklif gəlməyib"

Bu barədə "Sabah" klubunun baş məşqçisi Vasili Berezutski ÇSKA-nın Moskvada UEFA kubokunda qazandığı qələbənin 20-ci ildönümü şərəfinə keçirilən oyundan sonra Rusiya mediasına açıqlama verib.
Liderxeber.az xəbər verir ki, yoldaşlıq görüşündə iştirak edən Berezutski ÇSKA-nı çalışdıracağı ilə bağlı yayılan xəbərləri yalanlayıb.
"Sabah"da mənim üçün hər şey yaxşıdır, indi bir tur və kubokun finalı var. CSKA-nın baş məşqçisi? Mən gələcəyə baxa bilmirəm, bu dünyada hər şey mümkündür. Nikoliç məni ÇSKA-da işləməyə dəvət etməyib", - deyə V.Berezutski qeyd edib.
Qeyd edək ki, Vasili Berezutski 2024-cü il noyabrın 25-dən "Sabah"a rəhbərlik edir və onunla 2.5 illik müqavilə imzalanıb.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO

12 may 2025, Bazar ertəsi
Vaşinqtonda ilk azərbaycanlı xüsusi təyinatlı polis: "Ən yüksək pilləyə qədər getmək istəyirəm"