Pressa.az » İdman » Kriştianu Ronaldunun "Ən-Nəsr"dən ayrılması bu gün rəsmən açıqlanacaq

Kriştianu Ronaldunun "Ən-Nəsr"dən ayrılması bu gün rəsmən açıqlanacaq

29 may 2025, Cümə axşamı, 12:09
Kriştianu Ronaldunun "Ən-Nəsr"dən ayrılması bu gün rəsmən açıqlanacaq

"Ən-Nəsr" bu gün mətbuat konfransı keçirərək, klubda gözlənilən çoxsaylı dəyişikliklər barədə ictimaiyyətə məlumat verəcək.

Liderxeber.az xəbər verir ki, həmçinin bir neçə gün əvvəl klubdan ayrılacağına eyham vuran Kriştianu Ronaldunun da gedişi açıqlanacaq.

40 yaşlı portuqaliyalının karyerasını davam etdirmək üçün müxtəlif variantları var. Portuqaliyalı ulduz Səudiyyə Ərəbistanının digər təmsilçisi "Əl-Hilal"a da keçə bilər.

Qeyd edək ki, 2025-ci il Klublararası Dünya Çempionatında iştirak edəcək klublar üçün xüsusi "transfer pəncərəsi" iyunun 2-dən 10-a qədər açıq olacaq.