Pressa.az » İdman » "Fənərbağça"nın stadionu bir müddətə bağlanacaq

"Fənərbağça"nın stadionu bir müddətə bağlanacaq

04 sentyabr 2025, Cümə axşamı, 17:44
"Fənərbağça"nın stadionu bir müddətə bağlanacaq

Türkiyənin "Fənərbağça" klubu stadionun azarkeş tutumunu 50 mindən 65 minə yüksəltmək üçün təmir işlərinə start verəcək.

Liderxeber.az "Fənərbağça TV"yə istinadən xəbər verir ki, bunu klubun prezidentinin köməkçisi Hamdi Akın deyib.

O, bildirib ki, stadionda azarkeş tutumunu yüksəltmək üçün təmir işlərinə başlanılacaq.

Bu səbəbdən stadion qısa müddətə bağlana bilər.

Klub rəhbərliyi ev oyunlarını harada keçirəcəyi ilə bağlı məlumat verməyib.