Pressa.az » İdman » 59 yaşlı Tayson yenidən rinqə çıxacaq - Foto

59 yaşlı Tayson yenidən rinqə çıxacaq - Foto

05 sentyabr 2025, Cümə, 11:00
59 yaşlı Tayson yenidən rinqə çıxacaq - Foto

Əfsanəvi boksçu Mayk Tayson beş çəki kateqoriyasında keçmiş dünya çempionu Floyd Meyvezerlə döyüşəcək.

Liderxeber.az xəbər verir ki, idmançı bununla bağlı instaqram hesabında paylaşım edib.

Qarşılaşma 2026-cı ilin yazında baş tutacaq.

Qeyd edək ki, 59 yaşlı Tayson peşəkar karyerası ərzində 58 döyüş keçirib və 44-ü nokautla olmaqla 50 qələbə qazanıb. O, 2011-ci ildə Şöhrət Zalına daxil edilib.

48 yaşlı Meyvezer isə peşəkar karyerasını 2017-ci ildə başa vurub. Amerikalı boksçu peşəkar rinqdə keçirdiyi 50 döyüşün 27-si nokaut olmaqla hər birində qələbə qazanıb.