Pressa.az » İdman » Messi bu kluba transfer olacaq

Messi bu kluba transfer olacaq

07 iyun 2023, Çərşənbə, 23:00
Messi bu kluba transfer olacaq

Jurnalist Fabrizio Romano argentinalı hücumçu Lionel Messinin Amerikanın “İnter Mayami” klubuna transfer olunduğunu açıqlayıb.

LiderXəbər xəbər verir ki, insayder bu barədə tviterdə məlumat yayıb.

İnsayderin sözlərinə görə, Major League Soccer (MLS) klubuna keçid bir neçə saat ərzində elan ediləcək.

Qeyd edək ki, komanda keçmiş İngiltərə millisinin üzvü Devid Bekhemə məxsusdur.

İyunun 3-də Fransanın “Paris Saint-Germain” klubu 2022/2023 mövsümünün sonunda Messinin gedəcəyini açıqlamışdı. Futbolçu üçün İspaniyanın “Barselona”sı və Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubları da müraciət edir.