Pressa.az » İdman » Zidan PSJ-nin təklifini qəbul etmədi

Zidan PSJ-nin təklifini qəbul etmədi

09 iyun 2023, Cümə, 10:00
Zidan PSJ-nin təklifini qəbul etmədi

"Real"ın sabiq baş məşqçisi Zinəddin Zidan PSJ-ni çalışdırmaqdan imtina edib.

LiderXəbər xəbər verir ki, bu barədə "Le Parisien" məlumat yayıb.

Mənbənin məlumatına görə, PSJ gələn mövsüm komandaya rəhbərlik etmək üçün Zidanla danışıq aparıb. 50 yaşlı mütəxəssis parislilərin ona təklif etdiyi yüksək maaşa baxmayaraq, bundan imtina edib. Zidan artıq iki ildir ki, işsizdir.

Hazırda PSJ-nin Luis Enrike və Xabi Alonso kimi namizədlərlə maraqlandığı bildirilir. “Bavariya”nın keçmiş baş məşqçisi Yulian Naqelsmann hələ də prioritet seçim hesab olunur. 

Qeyd edək ki, PSJ-nin baş məşqçi Kristof Qaltye ilə artıq yolları ayırdığı haqda xəbələr yayılıb