Çexiya - Azərbaycan oyununa hakim təyinatları açıqlanıb
21 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin Çexiya (U-21) - Azərbaycan (U-21) oyununa hakim təyinatları açıqlanıb.
Liderxeber.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb. Qarşılaşmanı Şimali Makedoniyadan olan hakimlər briqadası idarə edəcək.
UEFA-nın qərarına əsasən, görüşün baş hakimi Yovan Kaçevski təyin olunub. Ona Daniel Vasilevski, Aleksandar Gyorgyeski, Krumislav Gyorgiev (dördüncü hakim) köməklik göstərəcək.
Qeyd edək ki, Çexiya - Azərbaycan matçı oktyabrın 10-da, Bakı vaxtı ilə saat 20:00-da Karva şəhər stadionunda keçiriləcək.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
21 yanvar 2025, Çərşənbə axşamı
UEFA Avropa Liqası: "Qarabağ" - FCSB oyununun təyinatları bəlli olub
