Ronaldo yenidən dünyanın ən çox qazanan idmançısıdır
Kriştiano Ronaldo yenidən dünyanın ən çox qazanan idmançısıdır.
LiderXəbər xəbər verir ki, 2017-ci ildən sonra portuqaliyalı ilk dəfə olaraq “Forbes” jurnalının siyahısında ən çox qazanan idmançıların reytinqinə başçılıq edir. Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusu ən çox illik gəlirin sahibi kimi dərhal Ginnesin Rekordlar Kitabına düşüb. 2023-cü ildə "Əl-Nəsr"ə transfer olunduqdan sonra o, 121 milyon avro qazanıb. Əvvəlki rekord 2022-ci ildə PSJ-nin oyunçusu kimi 92 milyon avroya yaxın qazanan Messiyə məxsus idi.
Maraqlıdır ki, Ronaldonun futboldan gəliri cəmi 41 milyon avro təşkil edib. Reklamlardan (xüsusən “Nike” şirkəti ilə sponsorluq müqaviləsi) və CR7 brendi altında malların satışı portuqaliyalıya təxminən 80 milyon avro qazandırıb. Eyni zamanda, Səudiyyə Ərəbistanı klubuna keçiddən sonra onun maaşı demək olar ki, iki dəfə artıb.