Pressa.az » İdman » “Sabah” Finlandiya təmsilçisinə qarşı

“Sabah” Finlandiya təmsilçisinə qarşı

21 iyul 2026, Çərşənbə axşamı, 10:00
“Sabah” Finlandiya təmsilçisinə qarşı

Bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları keçiriləcək.

Liderxeber.az xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən “Sabah” Masazırda Finlandiya təmsilçisi “KuPS”u qəbul edəcək.

Qarşılaşma saat 20:00-da başlayacaq və oyunu Polşadan olan hakimlər briqadası idarə edəcək.

Komandalar arasında cavab görüşü iyulun 28-də Finlandiyada baş tutacaq.

Bu cütün qalibi Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarkanın “Orhus” və Polşanın “Lex” klubları arasındakı duelin qalibi ilə qarşılaşacaq.

Məğlub komanda isə mübarizəsini UEFA Avropa Liqasında davam etdirəcək. Belə ki, həmin kollektiv III təsnifat mərhələsində “Levski” (Bolqarıstan) – “Universitatya” (Rumıniya) cütünün məğlubu ilə üz-üzə gələcək.

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyun

21 iyul

20:00. “Sabah” (Azərbaycan) – “KuPS” (Finlandiya)

Baş hakim: Lukaş Kujma (Polşa)

Stadion: Masazır stadionu.