Pressa.az » İdman » Ronaldonu belə geri qaytarmaq istəyirlər

Ronaldonu belə geri qaytarmaq istəyirlər

02 oktyabr 2026, Cümə, 18:00
Ronaldonu belə geri qaytarmaq istəyirlər

Portuqaliya Futbol Federasiyası (FPF) hücumçu Kriştiano Ronaldo ilə Portuqaliya milli komandasının baş məşqçisi Jorje Jesus arasındakı münasibətləri düzəltmək üçün strategiya hazırlayıb.

Liderxeber.az xəbər verir ki, bu haqda “A Bola” nəşri məlumat yayıb.

Mənbəyə əsasən, FPF mübahisədə vasitəçi rolunu oynamaq niyyətindədir və 41 yaşlı hücumçunun nüfuzuna xələl gətirə biləcək hər hansı sərt tədbirlərin əleyhinədir. Bununla belə, barışıq yolunda əsas maneə baş məşqçi Jorje Jesusun güzəştə getməyən mövqeyidir; o, Kriştiano Ronaldonun nüfuzunu qəbul etmir.

Məlumatda qeyd olunur ki, təşkilatın hazırkı prioritet vəzifəsi yaranmış fikir ayrılıqlarını aradan qaldırmaq və konsensusa aparan yol tapmaqdır.

Qeyd edək ki, Portuqaliya milli komandasını icazəsiz tərk etdiyinə görə Ronaldonu altı aylıq kənarlaşdırılma cəzası gözləyir.