Misli Premyer Liqası: "Səbail" və "Araz-Naxçıvan" qələbə qazanıb
Misli Premyer Liqasının XVII turunun ikinci günü başa çatıb.
LiderXəbər xəbər verir ki, günün ilk matçında “Səbail” “Qəbələ”ni sınağa çəkib.
Çempionatın sürprizlərindən olan “dənizçilər” turnir cədvəlinin son pilləsində yer alan əyalət təmsilçisinə şans verməyib. Bakı klubu üç cavabsız qolla böyükhesablı qələbə qazanıb.
Günün ikinci matçı “Dalğa Arena”da baş tutub.
Ötən mövsümün vitse-çempionu “Sabah” “Araz-Naxçıvan”ın qonağı olub. Muxtar Respublika təmsilçisi iki cavabsız qolla qələbə qazanıb.
Misli Premyer Liqası
XVII tur
15 dekabr (cümə)
“Səbail” – “Qəbələ” 3:0
Qol: Y. Luqasi, 17, L. Afriko, 52 (ö.q), A. Romalinqom, 60
Qırmızı vərəqə: S. Tete
“Araz-Naxçıvan” – “Sabah” - 2:0
Qollar: B. Letiç, 39, T.Manafov, 71
Oxşar Xəbərlər:
07 noyabr 2023, Çərşənbə axşamı
Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM