Klublarımızın potensial rəqiblərindən 31-i bəllidir
![Klublarımızın potensial rəqiblərindən 31-i bəllidir](https://cdn.liderxeber.az/posts/2024-04/konfrans-liqasi-3-1536x864.webp)
2024-2025 mövsümündə Azərbaycanın 2 klubunun mübarizə aparacağı Konfrans Liqasının 31 iştirakçısı bəlli olub. LiderXəbər xəbər verir ki, onlardan 22-nin I təsnifat, 9-nun isə II təsnifat mərhələsində yarışa başlayacağı dəqiqləşib.
Azərbaycan Premyer Liqası təmsilçiləri II raunddan ölkəmizi təmsil edəcəklər. Həmin mərhələdə çıxış edəcək 9 komandanın püşkatma zamanı hansı səbətdə yer alacaqları hələ bəlli deyil.
UEFA Konfrans Liqası
I təsnifat mərhələsi
Səpələnmişlər: “Kuopio” (Finlandiya), “Breydablik” (İslandiya), “Dinamo” (Tbilisi, Gürcüstan), “B-36 Torshavn” (Farer adaları), “Jalgiris” (Kaunas, Litva), “Levadiya” (Estoniya)
Səpələnməmişlər: “Maqpiyes” (Cəbəllütarıq), “Şaulyay” (Litva), “Kalev” (Estoniya)
Qeyri-müəyyənlər: “Valmiera” (Latviya), “Konnah” (Uels), “Saburtalo” (Gürcüstan), “Derri Siti” (İrlandiya), “Bala Taun” (Uels), “Valyur” (İslandiya), “Torpedo” (Kutaisi, Gürcüstan), “Styarnan” (İslandiya), “Vikinqur” (Farer adaları), “Aktobe” (Qazaxıstan), “Vaasa” (Finlandiya), “Şelburn” (İrlandiya), “Auda” (Latviya)
II təsnifat mərhələsi
Qeyri-müəyyənlər: “Brann” (Norveç), “Tromse” (Norveç), “Hekken” (İsveç), “Astana” (Qazaxıstan), “Riqa” (Latviya), “Sent Patriks” (İrlandiya), “İlves” (Finlandiya), “Jalgiris” (Vilnüs, Litva), “HB Torshavn” (Farer adaları).
Qeyd edək ki, ilk iki təsnifat mərhələsinin püşkü iyunun 18-19-da atılacaq.
Oxşar Xəbərlər:
![Konfrans Liqası: "Neftçi" və "Sabah"ın daha iki potensial rəqibi bəlli olub](https://cdn.liderxeber.az/posts/2023-05/thumbs/d70449a3-b73f-308b-bdb7-eea121527be0_850.webp)
![UEFA Konfrans Liqası: Azərbaycan klublarının III raunddakı potensial rəqibləri bilinəcək](https://cdn.liderxeber.az/posts/2023-07/thumbs/29cdd150-f757-3b44-a8ad-d61899dca460_850.webp)