Mərakeşdə stadionların birinə Hakiminin adı verilib
Mərakeşin El-Ksar əl-Kəbir şəhərindəki stadiona ölkə millisinin və PSJ-nin müdafiəçisi Aşraf Hakiminin adı verilib.
LiderXəbər xəbər verir ki, bu barədə "Afrikanews" məlumat yayıb. El Ksar el Kebir Madriddə anadan olan 24 yaşlı futbolçunun anasının məmləkətidir.
Hakimi şəhər rəhbərliyi tərəfindən onun şərəfinə təşkil edilən mərasimdə şəxsən iştirak edib.