Вернуться назад Распечатать

UEFA Millətlər Liqası: Yarımfinalçılar məlum olublar

UEFA Millətlər Liqasında pley-off və 1/4 final mərhələsinin cavab oyunu başa çatıb.

Liderxeber.az xəbər verir ki, dörddəbir final mərhələsində Niderland səfərdə İspaniyanın qonağı olub.

Oyunun əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. İlk görüşdə də eyni hesab qeydə alındığı üçün oyun əlavə vaxtda davam edib. 30 dəqiqə ərzində komandalar hərəyə bir dəfə fərqləniblər (3:3) və cütün taleyinə penalti seriyası aydınlıq gətirib. Bu seriyada İspaniya 5:4 qalib gələrək yarımfinala yüksəlib.