Bu gün UEFA Konfrans Liqasında dörddəbir final mərhələsinin ilk oyunları keçiriləcək.
Liderxeber.az xəbər verir ki, günün ilk görüşlərində "Legia" klubu "Çelsi" ilə, "Real Betis" "Yagelloniya" ilə üz-üzə gələcək.
Günün son oyunlarında isə "Selye" "Fiorentina"nı, "Dyürqarden" isə "Rapid"i qəbul edəcək.
Qeyd edək ki, cavab görüşləri aprel ayının 17-də keçiriləcək.
10 Aprel
UEFA Konfrans Liqası
1/4 final mərhələsi
Saat 20:45, "Legia" - "Çelsi";
Saat 20:45, "Real Betis" - "Yaqelloniya";
Saat 23:00, "Selye" - "Fiorentina";
Saat 23:00, "Dyürqarden" - "Rapid".