Düşünürəm ki, bir çox klublar bu bazadan faydalanacaq, onlatın istismarına verəcəyik.
Liderxeber.az xəbər verir ki, bunu "Turan Tovuz"un Kürdəxanıdakı təlim-məşq bazasının açılışında klubun prezidenti Ehtiram Quliyev deyib.
O, bu addımın klubun gələcəyi baxımından önəmli olduğunu söyləyib:
"Bu, komandamızın nailiyyətləri üçün önəmli mərhələdir. İki meydan və otel kompleksi nəzərdə tutlub. Həmçinin bu ilin yayında Tovuzda meydançaların salınmasına başılayacağıq".