Вернуться назад Распечатать

Azərbaycanın daha bir stadionuna FIFA sertifikatı verildi

Azərbaycanın daha bir stadionu FIFA sertifikatı alıb.

Liderxeber.az xəbər verir ki, bununla bağlı AFFA-nın Mətbuat Xidməti məlumat yayıb.

Ağsu şəhər stadionunda quraşdırılmış süni ot örtüyü FIFA tərəfindən "Quality Pro" sertifikatına layiq görülüb. Bu keyfiyyət nişanı stadionda beynəlxalq oyunların keçirilməsinə imkan verir.