İspaniya çempionatında elitanı tərk edəcək ikinci klub müəyyənləşib.
Liderxeber.az xəbər verir ki, "Las Palmas" növbəti mövsümdən aşağı dəstədə çıxış edəcək.
Kanar adalarının təmsilçisi ardıcıl son dörd matçda məğlub olub və La Liqada iki mövsümdən sonra yüksək liqanı tərk edəcək.
Qeyd edək ki, La Liqadan düşəcək digər komanda 36 oyundan sonra cəmi 16 xalı olan "Valyadolid"dir.