Вернуться назад Распечатать

Dünya çempionatı: Günün ilk heç-heçəsi qeydə alınıb

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir qarşılaşma baş tutub.

Liderxeber.az xəbər verir ki, E qrupunun oyununda Tailand yığması Monteneqro ilə heç-heçəyə razılaşıb.

Milli Gimnastika Arenasında keçirilən matç 1:1 hesabı ilə yekunlaşıb.

Qeyd edək ki, bu gün baş tutan digər görüşlərdə İspaniya Qananı (3:0), İndoneziya Kosta-Rikanı (1:0) məğlub edib.

15:14

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir matç baş tutub.

Liderxeber.az xəbər verir ki, E qrupunun oyununda İndoneziya yığması Kosta-Rika ilə üz-üzə gəlib.

Milli Gimnastika Arenasında keçirilən oyun İndoneziya millisinin qələbəsi ilə nəticələnib - 1:0.

Qeyd edək ki, bu gün baş tutan digər görüşdə H qrupunda İspaniya seçməsi Qananı məğlub edib - 3:0.

14:18

İspaniya millisi Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında Qana yığmasını məğlub edib.

Liderxeber.az xəbər verir ki, H qrupunun oyunu Milli Gimnastika Arenasında baş tutub.

Yarışın ikinci gününün ilk qarşılaşması avropalıların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bu gün daha yeddi qarşılaşma baş tutacaq.

09:00

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının ikinci günündə daha 8 qarşılaşma baş tutacaq.

Liderxeber.az xəbər verir ki, matçlar Milli Gimnastika Arenasında keçiriləcək.

Yarışın ikinci gününə Qana - İspaniya oyunu ilə start veriləcək.

Dünya çempionatı

Qrup mərhələsi

I tur

22 may

E qrupu

14:00. İndoneziya - Kosta Rika

15:15. Monteneqro - Tailand

F qrupu

18:15. Qazaxıstan - Polşa

19:30. ABŞ - Bosniya və Herseqovina

G qrupu

16:30. Çexiya - Argentina

20:45. Gürcüstan - BƏƏ

H qrupu

12:45. Qana - İspaniya

22:00. Serbiya - İsrail

Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq.