Вернуться назад Распечатать

Millimiz Belarus seçməsi ilə üz-üzə

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-21) növbəti oyununa çıxacaq.

Liderxeber.az xəbər verir ki, yığmamız yoldaşlıq görüşü çərçivəsində səfərdə Belarusla qüvvəsini sınayacaq.

Bu, martın 14-də baş məşqçi təyin edilən Ayxan Abbasovun sayca üçüncü sınağı olacaq.

Onun rəhbərliyi altında U-21 martın 22-də 16 aylıq qələbəsizlik seriyasına son qoyaraq Moldovanı 2:0 hesabı ilə məğlub edib. Bundan 3 gün sonra Şimali Makedoniyaya qarşı keçirilən oyun isə qolsuz bərabərliklə nəticələnib.

Onu da əlavə edək ki, U-21 Belarus səfərindən sonra iyunun 8-də Sumqayıtda Monteneqro ilə üz-üzə gələcək.

4 iyun

Yoldaşlıq görüşü

Saat 20:00, Belarus U-21 - Azərbaycan U-21

Baranoviçi şəhər stadionu