Вернуться назад Распечатать

Dünya çempionatının seçmə mərhələsi: Bu gün daha altı görüş keçiriləcək

Bu gün dünya çempionatının seçmə mərhələsinin qrup görüşlərində birinci turun daha altı görüşü keçiriləcək.

Liderxeber.az xəbər verir ki, ikinci oyun günündə G qrupunda mübarizə aparan Malta millisi Latviyanı, Finlandiya Niderlandı qəbul edəcək.

H qrupunda qərarlaşan Bosniya və Herseqovina San Marinonu, Avstriya isə Rumıniyanı qonaq edəcək.

K qrupunda Andorra İngiltərə ilə, Albaniya isə Serbiya ilə üz-üzə gələcək.

7 iyun

Dünya çempionatının seçmə mərhələsi

I tur

H qrupu

Saat 17:00, Bosniya və Herseqovina - San Marino;

Saat 22:45, Avstriya - Rumıniya;

G qrupu

Saat 20:00, Malta - Latviya;

Saat 22:45, Finlandiya - Niderland;

K qrupu

Saat 20:00, Andorra - İngiltərə;

Saat 22:45, Albaniya - Serbiya.