Вернуться назад Распечатать

AFFA rəsmisi Çempionlar Liqasının oyununa təyinat alıb

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan yeni təyinat alıb.

Liderxeber.az xəbər verir ki, o, Çempionlar Liqasının I təsnifat mərhələsində Belarusun "Dinamo Minsk" və Bolqarıstanın "Ludoqorets" komandaları arasında keçiriləcək cavab oyununun UEFA nümayəndəsi olacaq.

İyulun 16-da Macarıstanın Mezököveşd şəhərində oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Qeyd edək ki, komandaların ilk oyunu iyulun 9-da Bolqarıstanda keçiriləcək.