Вернуться назад Распечатать

Daha bir ölkə Azərbaycanda keçiriləcək III MDB oyunlarında iştirakını təsdiqlədi

Azərbaycanda keçiriləcək III MDB Oyunları üçün daha bir ölkə qeydiyyatdan keçib.

Liderxeber.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat yayılıb.

Bu, 2005-ci ildən MDB-də müşahidəçi kimi fəaliyyət göstərən Türkmənistandır.

Qonşu ölkə oyunlara 170 idmançı ilə qatılacağını təsdiqləyib.

Beləliklə, indiyədək qeydiyyatdan keçmiş ölkələrin sayı 8-ə yüksəlib. Daha əvvəl təşkilatçı Azərbaycandan (349 idmançı) başqa, Rusiya (263), Qazaxıstan (259), Özbəkistan (257), Belarus (255), Tacikistan (202) və Qırğızıstanın (85) da iştirakı rəsmiləşib. Bununla da III MDB Oyunlarında nümayəndə heyətlərinin ümumi sayı 2 666-ya, idmançıların sayı isə 1 846-ya çatıb. İdmançılardan 477-si komanda, 1363-ü fərdi növlərdə yarışacaq.

Qeyd edək ki, III MDB Oyunları 28 sentyabr - 8 oktyabrda Azərbaycanın 7 şəhərindəki 12 idman məkanında 23 növ üzrə keçiriləcək.