Вернуться назад Распечатать

“Neftçi” bu gün Polşa klubu ilə oynayacaq

Polşada təlim-məşq toplanışında olan “Neftçi” bu gün növbəti yoxlama oyununa çıxacaq.

Liderxeber.az xəbər verir ki, Samir Abasovun komandası yerli “Termalitsa"  klubu ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 13:30-da başlayacaq.

Qeyd edək ki, “Neftçi” Polşa toplanışında bundan əvvəl “Hapoel Təl-Əviv” (İsrail) ilə heç-heə edib. Komanda iyulun 27-də Yunanıstan “Asteras”ı və 1 avqustda Kipr AEL-i ilə qarşılaşacaq.