Вернуться назад Распечатать

"Qalatasaray"ın istədiyi ulduz qolkiper "Fənərbağça"nın təklifini qəbul etdi

"Fənərbağça" klubu "Mançester Siti"nin futbolçusu Edersonu transfer edir.

Liderxeber.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Mənbənin sözlərinə görə, "sarı-lacivərdlər" həm oyunçunun özü ilə, həm də klubu ilə bütün məsələlərdə razılığa gəliblər.

Edersonla "Qalatasaray" da yaxından maraqlanırdı. Lakin "sarı-qırmızılar" onun üçün maksimum 10 milyon avro ödəməyə hazır olublar. "Fənərbağça" isə bu keçidi 13-14 milyon avroya reallaşdırıb.