Məşhur məşqçi Xorxe Sampaoli Braziliyanın “Atletiko Mineyro”sunu çalışdıracaq.
Liderxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
65 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Sampaolinin son klubu “Renn” olub. O, Fransa təmsilçisindən bu il ayrılmışdı.