Basketbol üzrə Avropa çempionatında qrup mərhələsinə yekun vurulub.
Liderxeber.az xəbər verir ki, ən böyük sensasiya hazırkı çempion İspaniya millisinin pley-off mərhələsinə çıxa bilməməsidir.
İspanlar son turun oyununda Yunanıstan millisinə məğlub olaraq qrupda 5-ci yeri tutublar.
Beləliklə Avropa çempionatının 1/8 final oyunlarının bütün iştirakçıları müəyyənləşib.
Almaniya - Portuqaliya, Litva - Latviya, Türkiyə - İsveç, Serbiya - Finlandiya, Yunanıstan - İsrail, Polşa - Bosniya və Herseqovina, İtaliya - Sloveniya, Fransa - Gürcüstan.
Qeyd edək ki, 1/8 finalın oyunları sentyabrın 6 və 7-də keçiriləcək.
Avropa çempionatının seçmə mərhələsi
Dünən keçirilən oyunların nəticələri
Fransa - İslandiya 114:74;
Bosniya və Herseqovina - Gürcüstan 84:76;
İsrail - Sloveniya 96:106;
İtaliya - Kipr 89:54;
İspaniya - Yunanıstan 86:90;
Polşa - Belçika 69:70.