Вернуться назад Распечатать

Ronaldo “Qızıl buts” aldı - Video

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanında “Qızıl buts” alıb.

Liderxeber.az xəbər verir ki, o, ötən mövsüm ölkə çempionatının bombardiri kimi bu mükafata yiyələnib.

“Əl-Nəsr”in kapitanı ardıcıl ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb. 

Mükafatı ona “Əl-Nəsr”ın keçmiş kapitanı və klub tarixinin bombardiri Məcid Abdulla təqdim edib.