Вернуться назад Распечатать

"Neftçi" Nigeriya millisinin sabiq futbolçusu ilə müqavilə imzaladı

"Neftçi" Nigeriyanın U-20 yığmasının sabiq yarımmüdafiəçisi İfeanyi Metyunu transfer edib.

Liderxeber.az Sportinfo.az-a istinadən xəbər verir ki, azad agent statusu daşıyan legioner Bakıda tibbi baxışdan uğurla keçib. Onunla iki illik (1+1) müqavilə bağlanıb.

Qeyd edək ki, son olaraq İsveçrədə "Sürix"in formasını geyinmiş 28 yaşlı əcnəbi Norveçdə "Lilleström", Türkiyədə "Osmanlıspor"un formasını geyinib.

2016-cı ildə Nigeriyadan Avropaya köçüb və həmin vaxtdan bəri qitənin bir neçə klubunda oynayıb. O, sonuncu dəfə fevralın 2-də meydana çıxıb.

Xatırladaq ki, "Neftçi" cari mövsüm üçün indiyədək 12 oyunçu ilə anlaşıb.