Вернуться назад Распечатать

III MDB Oyunları: Üzgüçülükdə növbəti medalçılar bəlli olub

Azərbaycanda keçirilən III MDB Oyunlarında növbəti medalçılar bəlli olub.

Liderxeber.az xəbər verir ki, kişilərin 100 metr məsafəyə sərbəst üsulla üzmə yarışında qalib müəyyənləşib.

Rusiyalı Matvey Nesterov qızıl, Matvey Çekalyov gümüş, qazaxıstanlı Alixan Kutlumurat bürünc medal qazanıb.

11:18

Azərbaycanda keçirilən III MDB Oyunlarında növbəti medalçılar bəlli olub.

Liderxeber.az xəbər verir ki, qadınların 50 metr məsafəyə "butterfly" üsulu ilə üzmə yarışında qalib məüyyənləşib.

Rusiyalı Evgeniia Sadovnikova qızıl, qazaxıstanlı Taiissiya Korotkova gümüş, belaruslu Anastasiya Vasilenko bürünc medal qazanıb.

Azərbaycan keçirilən III MDB Oyunlarında növbəti medalçılar bəlli olub.

Bu dəfə kişilərin 50 metr məsafəyə "butterfly" üsulu ilə üzmə yarışında qalib müəyyənləşib.

Rusiyalı Matvei Nesterov qızıl, onun həmyerlisi Maksim Starovoitov gümüş, Belarusdan olan Mikita Liak bürünc mükafat qazanıb.

Qadınların yarışında 50 metr məsafəyə arxasıüstə üzməkdə qalib də müəyyənləşib.

Rusiyalı Anastasiya Kobzar qızıl, qazaxıstanlı Marqarita Zaytseva gümüş, belaruslu Anastasiya Vasilenko bürünc medal qazanıb.

Azərbaycanda keçirilən III MDB Oyunlarında növbəti medalçılar 200 metr məsafəyə sərbəst üsulla üzməkdə müəyyənləşib.

Rusiya təmsilçisi Anastasiya Çernışova qızıl mükafata sahib çıxıb.

Gümüş medalı qazaxıstanlı Taisiya Korotkova bürüncü isə Belarusdan olan Kseniya Mastoviç qazanıb.

10:27

Azərbaycan III MDB Oyunlarında daha bir gümüş medal qazanıb.

Liderxeber.az xəbər verir ki, üzgüçü Süleyman İsmayılzadə ikinci yeri tutub.

O, 800 metr məsafəyə sərbəst üsulla üzmədə uğurlu çıxış edib. Rusiyalı Aleksandr Filipets qızıl, onun həmyerlisi Bogdan Toropkin bürünc mükafata sahib çıxıb.

08:42

III MDB Oyunlarında bu gün 7 idman növü üzrə yarışlar baş tutacaq.

Liderxeber.az xəbər verir ki, Qəbələ şəhər stadionunda növbəti futbol matçları keçiriləcək.

A qrupunda yer alan Azərbaycan millisi Qırğızıstanla münasibətlərə aydınlıq gətirəcək. B qrupunda isə Rusiya Özbəkistanla qarşılaşacaq.

Qəbələ Atıcılıq Klubunda təşkil olunan atıcılıq yarışlarına yekun vurulacaq. Stend atıcılığının "skeet" və "trap" növləri üzrə sonuncu təsnifat və final mərhələləri keçiriləcək.

Qəbələ Olimpiya İdman Kompleksində badminton yarışları davam edəcək. A və B qruplarında növbəti qarşıdurmalar baş tutacaq. Həmçinin yarımfinal oyunları keçiriləcək.

Şəki Olimpiya İdman Kompleksində gimnastlar mübarizəyə başlayacaqlar.

Yevlax Olimpiya İdman Kompleksində boks yarışları davam edəcək. 48 kq, 52 kq, 57 kq, 60 kq, 66 kq, 80 kq və +80 kq çəki dərəcələrində 1/4 final mərhələsinin növbəti görüşləri keçiriləcək.

Gəncə İdman Sarayında üzgüçülük yarışı davam edəcək. Həmçinin eyni məkanda voleybol yarışı baş tutacaq. A qrupunda Rusiya Belarusla üz-üzə gələcək. Digər matç isə B qrupunda Özbəkistan və Tacikistan arasında keçiriləcək.

Qeyd edək ki, III MDB Oyunları oktyabrın 8-də başa çatacaq. Yarışa 13 ölkədən 1 624 idmançı və 2 337 nümayəndə qatılıb. Turnirdə Azərbaycanı 340, Pakistanı 4, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Kubanı 11, Küveyti 6, Omanı isə 4 idmançı təmsil edir.