Вернуться назад Распечатать

"Turan Tovuz" müdafiəçisi ilə müqaviləni uzatdı

"Turan Tovuz" müdafiəçisi Roderik Millerlə müqavilə müddətini artırıb.

Liderxeber.az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, panamalı müdafiəçi ilə 1+1 illik yeni müqavilə imzalanıb.

Qeyd edək ki, 2022/2023 mövsümündən "Turan Tovuz"da oynayan Miller artıq 58 matça çıxıb və 10 qol vurub. Panama millisinin də şərəfini qoruyan Roderik Millerin Tovuz təmsilçisi ilə müqavilə müddəti 2026-cı ilin yayında başa çatırdı.