Вернуться назад Распечатать

DÇ-2026-nın seçmə mərhələsi: Türkiyə Gürcüstana, Portuqaliya Macarıstana qarşı

2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsində bu gün daha səkkiz qarşılaşma baş tutacaq.

Liderxeber.az xəbər verir ki, günün ilk oyununda Estoniya Moldova yığması ilə qarşılaşacaq.

Digər görüşlərdə isə Andorra millisi Serbiya ilə, İrlandiya Ermənistanla, İtaliya İsrail yığması ilə, Latviya İngiltərə ilə, Portuqaliya Macarıstanla, İspaniya Bolqarıstanla, Türkiyə isə Gürcüstan millisi ilə üz-üzə gələcək.

14 oktyabr

DÇ-2026 seçmə mərhələsi

Saat 20:00, Estoniya - Moldova;

Saat 22:45, Andorra - Serbiya;

Saat 22:45, İrlandiya - Ermənistan;

Saat 22:45, İtaliya - İsrail;

Saat 22:45, Latviya - İngiltərə;

Saat 22:45, Portuqaliya - Macarıstan;

Saat 22:45, İspaniya - Bolqarıstan;

Saat 22:45, Türkiyə - Gürcüstan.