"Qarabağ" klubunun U-19 komandası UEFA Gənclər Liqasında keçirdiyi ardıcıl üçüncü oyunda məğlub olub.
Liderxeber.az xəbər verir ki, Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv III turda İspaniyanın "Atletik" kollektivinin qonağı olub.
Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, U-19 əvvəlki iki matçda da məğlub olub. Ağdam təmsilçisi Portuqaliyada "Benfika"ya 1:7, Bakıda Danimarkanın "Kopenhagen" komandasına 0:5 hesabı ilə uduzub.
"Qarabağ" və "Sabah" klublarının U-19 komandaları UEFA Gənclər Liqasında bu gün meydana çıxacaqlar.
Liderxeber.az xəbər verir ki, Ağdam təmsilçisi əsas mərhələnin III turunda İspaniyanın "Atletik" kollektivinin qonağı olacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da start götürəcək. Bilbao klubunun U-19 komandası 6 xalla 6-cı, hər iki görüşdə uduzan "köhlən atlar" 35-cidir.
"Sabah" isə turnirin II təsnifat mərhələsinin ilk matçında Fransada "Nant"ın qonağı olacaq. Bu oyun saat 19:00-da start götürəcək. Tərəflər arasında cavab qarşılaşması noyabrın 5-də Bakıda keçiriləcək.